6 Evlərdən oğurluq etdi sonra yandıraraq izi itirən cinayətkar tutuldu

6 Evlərdən oğurluq etdi sonra yandıraraq izi itirən cinayətkar tutuldu

Goranboy sakini Gəncədən oğurluq etdiyi evləri yandırıb.

Xeberinvar.com-APA TV-İstinadən-Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhərin Cavadxan qəsəbəsində ümumilikdə 5 evdən oğurluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq, oradan müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa xeyli ziyan vurub. Araşdırmalar zamanı məlum olub ki, Arzu Məmmədov öz evini pəncərələrini sındıraraq, guya evindən oğurluq olması barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə yanlış məlumat verib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin 6 oxşar cinayət hadisəsi törətdiyi məlum olub. O bütün mənzilləri eyni üsulla əvvəlcə qarət edib, daha sonra isə yandırıb. “Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir. O spirtli içki aludəçisi olduğunu və hadisələri də sərxoş halda törətdiyi deyib”. Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.