“Biznesini Yarat Marafonu” başladı

“Biznesini Yarat Marafonu” başladı

“Biznesini Yarat Marafonu” başladı
“Biznesini Yarat Marafonu” başladı

Xeberinvar.com-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin  Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində ilk layihəyə - “Biznesini Yarat Marafonu”na start verilir.

Layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə özünüməşğulluq proqramı vasitəsilə də dəstək olmaqdır.

Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasından olan gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az)  və ya “GencAPP” mobil tətbiqində yerləşdirməlidir. Bu ideyalar  “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirilərək biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb ediləcək.

Təlimi uğurla başa vuran 300-dək gəncə ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə  şəhid ailəsinin üzvü olan,  işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

Video müraciətlərin qəbulu prosesi 3 fevral tarixindən başlamaqla, 1 mart 2021-ci il tarixədək davam edəcək.

 

☑️Ən son xəbərləri bizdən izləyin. En son xeberler

☑️Gündəlik xəbərləri bizdən izbildelik xeberler

☑️Ölkədə və dünyada baş verən ən son hadisələri bizdən izləyin.

☑️Xəbərlərin günorta buraxılışı və xəbərlərin axşam buraxılışın bizdən izləyin. 

☑️Günün xəbərlərin bizdən izləyin..

>>Bu Tərz videolardan xəbərdar olmaq üçün Youtube kanalımızı izləyə bilərsiniz<<