Daha bir mülki vətəndaş minaya düşərək ağır xəsarət alıb.

Xeberinvar.com - Sportinfo.az - istinadən xəbər verir ki, hadisə Tərtərin Borsunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu qoyun otardığı zaman minaya düşüb. Nəticədə onun sağ ayağının aşağı hissəsi amputasiya olunub.

Hadisə ilə bağlı Tərtər rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.